MY və MS-dən qələbə, “Çelsi”dən növbəti məğlubiyyət

İngiltərə Premyer Liqasında 30-cu tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 görüş baş tutub.

“Tottenhem” “Brayton”u məğlub yola salıbsa, “Mançester Siti” səfərdə “Sauthempton” darmadağınla üstələyib. “Mançester Yunayted” isə bu tur “Everton”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Səfərdə “Vulverhempton”la qarşılaşan mövsümün uğursuz komandası “Çelsi” bu turu da xalsız başa vurub.

İngiltərə Premyer Liqası
30-cu tur

8 aprel

Mançester Yunayted – Everton 2:0
Qol: Maktominay, 36. Marsyal, 71.

Aston Villa – Nottingem Forest 2:0
Qol: B.Traore, 48. Uotkins, 90+5.

Brentford – Nyukasl 1:2
Qol: Touni, 45+1 – Raya, 54-öz qapısına. İsak, 61.

Fulhem – Vest Hem 0:1
Qol: Rid, 23-öz qapısına.

Lester Siti – Bornmut 0:1
Qol: Billinq, 40.

Tottenhem – Brayton 2:1
Qol: Son, 10. Keyn, 79 – Dank, 34.

Vulverhempton – Çelsi 1:0
Qol: M.Nunes, 31.

Sauthempton – Mançester Siti 1:4
Qol: Mara, 72 – Haland, 45; 68. Qriliş, 58. X.Alvares, 75-pen.

9 aprel

17:00. Lids – Kristal Pelas
19:30. Liverpul – Arsenal

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button