“Müller hər dəfə ehtiyatda qalırsa, demək ki, səhv klubdadır”

“Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge Tomas Müllerlə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı klub rəsmisi, başqa kluba keçəcəyi deyilən hücumçu ilə bağlı bunları deyib:

“Bunu təsəvvür edə bilmirəm. Müller və “Bavariya” arasındakı əlaqə olduqca güclüdür və o, komandamızın vacib bir parçası olaraq qalır. Təbii ki, Müller hər dəfə ehtiyatda qalırsa, demək ki, səhv klubdadır. O, hər cür vəziyyətdə ciddi reaksiya göstərir. Müller nümunəvi futbolçudur”.

“Bavariya”da az şans qazanmasından şikayətçi olan Müllerin başqa kluba keçəcəyi deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button