Müller: “Çətin ki, “Bayer”i üstələyə bilək”

“Bayern”in hücumçusu Tomas Müller Çempionlar Liqasının Münhen klubu üçün prioritet yarışa çevrilməli olduğunu deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı hücumçu çempionluq yarışında “Bayer”i üstələyə bilməyəcəklərini etiraf edib.

“Çempionlar Liqası bizim üçün prioritet yarış olmalıdır. Biz hələ də titul yarışında qalmaq istəyirik. Amma belə görünür, Bundesliqada çətin ki, “Bayer”i üstələyə bilək”.

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Latsio”ya 3:0 hesabı ilə qalib gələn münhenlilər turnirin növbəti mərhələsinə yüksəlib.

“Bayern” Almaniya çempionatının 24 turundan sonra 54 xalla ikinci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button