Modriç Ançelottinin təklifini qəbul etmədi

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Luka Modriç mövsümün sonunda komandanı tərk edəcək.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti xorvatiyalı futbolçuya karyerasını bitirib onun məşqçilər korpusunda yer almağı təklif edib. 

38 yaşlı oyunçu bu təklifi rədd edib. O, hələ futbolçu karyerasını davam etdirmək fikrindədir.

“Real” Modriçi 2012-ci ilin yayında “Tottenhem”dən transfer edib. O, bu mövsüm komandanın heyətində meydana çıxdığı 28 matçda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button