“Mbappenin bunu açıqlamasını gözləyirik” – Poçettino

PSJ-nin baş məşqçisi Maurisio Poçettino hücumçu Kilian Mbappenin klubdan ayrılmaq qərarına gəlməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Mbappenin hələ qərar vermədiyini deyib:

“Başa düşürəm ki, media xəbər yaymalıdır. Mbappe dünyanın ən yaxşı futbolçularından biridir. O, bizim oyunçumuzdur və ümid edirik ki, uzun müddət belə olacaq. Hələ qərar verilməyib və Mbappenin bunu açıqlamasını gözləyirik. Qalan hər şey sadəcə fərziyyədir”.

Mbappenin yayda Madrid “Real”ına keçəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button