“Mançester Siti”nin “radar”ındadır – İngiltərəli müdafiəçi

“Nyukasl”ın müdafiəçisi Tino Livramento İngiltərənin top-klublarının diqqətini cəlb edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətinə ən ciddi maraq göstərən klub “Mançester Siti”dir. Livramento “şəhərlilər”in 2026-cı ilin yay transfer planlarında ön sıralarda yer alır.

Həmçinin, “Mançester Yunayted” də onunla maraqlananlar arasındadır, amma hələlik konkret addım atılmayıb.

İngiltərəli müdafiəçinin “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə 8 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button