
MS üç klubun Diaş üçün təklifini rədd edib
“Mançester Siti” rəhbərliyi mərkəz müdafiəçisi Ruben Diaşı komandada saxlamaq niyyətindədir.
Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, İngiltərə klubu portuqaliyalı futbolçu ilə maraqlanan “Barselona”, “Real” və “Çelsi”nin transfer təkliflərini geri çevirib. Klub rəhbərliyi Diaşın komanda üçün vacib oyunçu olduğunu və onun satılmasının gündəmdə olmadığını bildirib.
29 yaşlı müdafiəçinin “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin ortalarınadək qüvvədədir. “Transfermarkt” onun bazar dəyərini 55 milyon avro qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



