“Kimmixi daha çox “8 nömrə” kimi görürəm” – Sabiq futbolçu

“Bayern”in sabiq oyunçusu Filipp Lam Münhen klubunun yarımmüdafiəçisi Coşua Kimmixin optimal mövqeyindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, almaniyalı futbolçunu “8 nömrə” kimi gördüyünü söyləyib:

“Kimmix hər iki mövqedə yaxşı oynaya biləcəyini sübut edib. Çox şey onun ətrafında kimin olmasından və kimin oynaya biləcəyindən asılıdır. Düzünü desəm, onu daha çox “8 nömrə” kimi görürəm, yanında müdafiəyönümlü yarımmüdafiəçi oynayır. Məşqçi olsaydım, Kimmixi belə yerləşdirərdim”.

30 yaşlı oyunçu Münhen klubunda yarımmüdafiədə oynayır, lakin Almaniya millisində daha çox sağ cinah müdafiəçisi kimi çıxış edir.

“Bayern” şənbə günü Bundesliqanın 11-ci turunda “Frayburq”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button