“Zenit”lə bacarmayan “Lion” tarixə düşdü

“Lion” Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Zenit”lə qollu bərabərə qalıb – 1:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa təmsilçisi bu nəticə ilə ÇL-də oynadığı son 6 ev oyunundan da bərabərliklə ayrılıb və turnir tarixində öz meydanında ən çox ardıcıl heç-heçə edən klub olub.

“Lion”da qolu Memfis Depay, “Zenit”də isə Sərdar Azmun vurub.