“Fənərbaxça” üçün Aleksis Sançes iddiası

İtaliyanın “İnter” klubunun futbolçusu Aleksis Sançes karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, çilili hücumçuyla “Fənərbaxça” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Fənərbaxça” Sançesi icarəyə götürmək üçün “İnter”lə danışıq aparır.

Karyerası ərzində “Barselona”, “Arsenal”, “Mançester Yunayted” kimi klublarda çıxış edən 32 yaşlı futbolçunun “İnter”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.