İtaliyalı futbolçu yenidən Türkiyə klubunda

İtaliya millisinin sabiq yarımmüdafiəçisi Andrea Bertolaççinin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 31 yaşlı futbolçu yenidən Türkiyənin “Fatih Karagümrük” klubu ilə anlaşıb.

Bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 1.5 illik müqavilə imzalanıb.

Bertolaççi 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarına qədər məhz “Fatih Karagümrük”də çıxış edib. O, ötən mövsümün qış fasiləsində bu klubdan ayrılaraq “Kayserispor”la müqavilə bağlamışdı. Lakin ötən ayın əvvəlində Kayseri təmsilçisi ilə müqaviləsinə təktərəfli xitam verən oyunçu sabiq klubuna qayıtmağa qərar verib.

Bertolaççi İtaliyada “Roma”, “Leççe”, “Cenoa”, “Milan” və “Sampdoriya”da da forma geyinib, İtaliya yığmasında 5 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button