“İnter”in sabiq forvardı Super Liqa klubunda

Futbol üzrə Türkiyə millisinin müdafiəçisi Caner Erkini heyətinə qatan “Fatih Karagümrük” daha üç futbolçu ilə güclənib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni transferlərindən biri hücumçu Yann Karamodur. Fil Dişi Sahilində anadan olan fransalı futbolçu “Parma”dan transfer olunub. 23 yaşlı forvard 2017-2020-ci illər aralığında Milan “İnter”ində çıxış edib. Lakin o, həmin vaxt “Bordo” və “Parma”ya icarəyə də verilib. Fransanın U-21 yığmasının da formasını geyinmiş forvard, Fransanın “Kan” klubunun yetirməsidir.

Niderlandın “Fortuna Sittard” komandasının yarımmüdafiəçisi Adnan Uğur da İstanbul təmsilçisinə keçib. Türk əsilli belçikalı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. 20 yaşlı yarımmüdafiəçi Belçikanın aşağı yaş qrupları üzrə yığmalarında da forma geyinib.

“Fatih Karagümrük”ün yeni transferlərindən biri də niderlandlı mərkəz müdafiəçisi Derrik Lukkassendir. 26 yaşlı futbolçu PSV-dən transfer olunub. O, daha öncə “Alkmaar”, “Herta”, “Anderlext” və “Kasımpaşa”da da oynayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button