İngiltərə millisində Aleksander-Arnoldu kimin əvəzləyəcəyi bilindi

İngiltərə milli komandasının AÇ-2020 üçün yekun heyətinə yeni futbolçu cəlb olunub.

Komanda.az xəbər verir ki, bir neçə gün əvvəl yoxlama oyununda zədələnən Trent Aleksander-Arnoldun əvəzinə milliyə “Brayton”dan Ben Uayt çağırılıb. Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. İngiltərə yığması turnirin qrup mərhələsində Xorvatiya, Çexiya və Şotlandiya ilə qarşılaşacaq.

AÇ-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button