“Arsenal”da endirim razılaşması
İngiltərənin “Arsenal” klubu futbolçularının məvaciblərini azaldacaq.
Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Xəbərdə, “Arsenal” rəhbərliyinin futbolçuların əksəriyyəti ilə aylıq məvaciblərinin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi bildirilir. Endirim bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək.
Maaşlarının azaldılmasına razı olmayan futbolçuların aqibətinin necə olacağı isə hələlik məlum deyil.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin