
İngiltərə klubu Niko Uilyams üçün danışıqlara başlayıb
“Atletik”in vingeri Niko Uilyams karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
“Arsenal” 23 yaşlı futbolçuya marağını yenidən bərpa edib. London klubu artıq Uilyamsın transferi ilə bağlı danışıqlara başlayıb.
“Transfermarkt” portalının məlumatına əsasən, ispaniyalı vingerin bazar dəyəri 40 milyon avro təşkil edir. Onun “Atletik”lə müqaviləsinin müddəti 2035-ci ilin yayına qədərdir.
Uilyams 2026-cı il dünya çempionatında İspaniya millisinin heyətində çempionluq sevinci yaşayıb. O, Argentina yığması ilə keçirilən final matçında məhsuldar ötürmə müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



