“Biz hər şeyi düzəltmək istəyirik” – “Bayern”in futbolçusu

“Bayern”in yarımmüdafiəçisi Konrad Laymer “Verder”ə məğlubiyyəti (0:1) şərh edib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu hər şeyi düzəltmək istədiklərini bildirib:

“Hakim final fitini çalana qədər bütün 90 dəqiqə ərzində diqqətimizi cəmləməliyik. Sadəcə fərdi üstünlüyə görə hansısa rəqibi məğlub edəcəyimizi düşünməməliyik. İndi futbol başqa cür işləyir. Bunu öz təcrübəmizdən öyrəndik. Uduzmaq istəmədiyin matçı belə, itirə bilərsən. Amma biz hər şeyi düzəltmək istəyirik”.

Münhen klubu Bundesliqada 17 turdan sonra 41 xalla turnir cədvəlində 2-cidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button