AÇ-2024: Naqelsmann millidə bir-iki dəyişiklik etməyi düşünür

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann AÇ-2024-də komandanın heyətində köklü dəyişiklik etməyi düşünmədiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, baş məşqçi, ola bilsin, bir və ya iki oyunçu dəyişə biləcəyini söyləyib:

“Hamı formada olsa, o zaman yayda heyətdə böyük dəyişikliklər etməyəcəyik. Nə 10, nə də 5 dəyişiklik nəzərdə tutulur. Ola bilsin ki, bir və ya iki oyunçu olsun. İndi bizimlə olmayanlar olanlardan daha yaxşı olmalıdırlar”.

Naqelsmann 2023-cü ilin sentyabrından Almaniya millisini çalışdırır. Onun Almaniya millisi ilə müqaviləsi 2024-cü il Avropa çempionatının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button