İnadkar Mbappe

PSJ-nin futbolçusu Kilian Mbappe yayda “Real”a transfer olunmaq fikrindən əl çəkməyəcək.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, PSJ fransalı hücumçuya 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə və illik 50 milyon avroluq maaş təklif etsə də, o, Madridə getməkdə qərarlıdır.

“Real” rəhbərliyi də Mbappenin istəyindən xəbərdardır və mövsümün sonunda onu gözləyirlər.

Mbappenin PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button