“Bayern” hücumçusunu itirib – 2-3 ay oynamayacaq

“Bayern”in hücumçusu Serj Qnabri zədə səbəbindən 2-3 ay meydana çıxa bilməyəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl almaniyalı futbolçunun qasıq nahiyəsində dartılma olduğu və qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəyi bildirilib.

Qnabri Frankfurt “Ayntraxt”ı ilə oyunda (1:5) 66-cı dəqiqədə Kinqsli Komanın əvəzinə meydana çıxıb və 68-ci dəqiqədə toqquşmadan sonra meydanı tərk edib.

28 yaşlı hücumçu 2017-ci ilin iyulundan “Bayern”də çıxış edir. Bu mövsüm o, 11 oyun keçirib və 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button