Fransa klubundan ayrıldı, Super Liqaya döndü

Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Havr” klubunda forma geyinən türk futbolçu Ertuğrul Ersoyu heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı mərkəz müdafiəçisi Liqa 2 təmsilçisindən 1.5 illik icarəyə götürülüb. Amma müqavilədə satınalma şərti də var.

“Bursaspor”un yetirməsi olan Ertuğrul Ersoy Fransa klubuna 2019/20 mövsümünün əvvəlində transfer edilmişdi. Türkiyə millisinə də dəvət alan futbolçu “Havr”da 35 oyuna çıxıb.