“Fənərbaxça”da daha bir ayrılıq

Türkiyənin “Fənərbaxça” klubu daha bir futbolçu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Tolqay Arslanla vidalaşıb.

30 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

2019-cu ilin yanvarında “Beşiktaş”dan “Fənərbaxça”ya keçən və 3.5+1 illik müqaviləyə imza atan Tolqay, bu komandanın heyətində 33 oyunda meydana çıxıb, 2 məhsuldar ötürmə və 1 qolla yadda qalıb.

Qeyd edək ki, “Fənərbaxça” daha əvvəl Alper Potuk və Mevlüt Erdinclə əməkdaşlığa son qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button