Getsedən ayrılıq açıqlaması

Dortmund “Borussiya”sının futbolçusu Mario Getse komandadan ayrılacağı iddiaları haqda danışıb.

Komanda.az xəbər verir ki, “Mirror” nəşrinə açıqlama verən alman yarımmüdafiəçi, karyerasıyla bağlı yeni qərarlar verdiyini deyib:

“Bu gün elan etmək istəyirəm ki, karyeramda dəyişiklik etmək qərarına gəlmişəm. Artıq menecerimi dəyişdim. Bu, gələcək karyeramla bağlı verdiyim vacib qərarlardan idi”.

Getsenin adı “Herta” ilə də yanaşı çəkilir. “Borussiya” futbolçuya yeni müqavilə təklif etmiş, lakin danışıqlar uğursuz nəticələnmişdi. Getse 2016-cı ildən Dortmund klubunun şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button