Dadaşov 4-6 həftə yaşıl meydandan uzaq qalacaq

Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov təxminən 4-6 həftə Almaniyanın “Dinamo” komandasından uzaq qalacaq.

Komanda.az “Kicker”-ə istinadən xəbər verir ki, Berlin təmsilçisinin baş məşqçisi Dirk Kunert 32 yaşlı hücumçunun sağalma prosesi sürətli getsə, Regional Liqanın son 2 turunda iştirak edə biləcəyini deyib:

“Məşqdə zədələnən 32 yaşlı hücumçunun sağalma prosesi sürətli getsə, Regional Liqanın son iki turunda iştirak edə biləcək. Çarpaz bağın yırtılmaması yaxşı xəbərdir. Dadaşovun zədələnməsi bizim üçün ciddi itkidir. Rüfət təkcə hücumçumuz deyil, həm də aparıcı oyunçumuzdur”.

Dadaşov bu mövsüm Almaniya Regional Liqasında 14 qol vuraraq “Dinamo”nun ən məhsuldar futbolçusudur. Onun komandası çempionatda 3-cü pillədə qərarlaşıb (53 xal) və liderdən 3 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button