“Çelsi” yeni mövsümdə çox güclü olacaq” – “Nyukasl”ın baş məşqçisi

“Nyukasl”ın baş məşqçisi Eddi Hou “Çelsi”nin qarşıdakı mövsümdə yaxşı çıxış edəcəyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, londonluların baş məşqçisi Maurisio Poçettino haqda da danışıb:

“Çelsi” yeni mövsümdə çox güclü olacaq. Komandanın başına yüksək səviyyəli baş məşqçi gətirildi. Onlar əla futbolçulara sahibdirlər. Eyni zamanda, “Çelsi” zamanla inkişaf edəcək gənc futbolçularla da müqavilələr imzalayıb”.

“Çelsi” başa çatan mövsümü İngiltərə Premyer Liqasında 44 xalla 12-ci pillədə bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button