Bundesliqa matçı təxirə salındı

Futbol üzrə Almaniya Bundesliqasının 20-ci turu çərçivəsində bu gün keçirilməli olan “Arminiya” – “Verder” matçı təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Klublar Birliyinin (DFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə sözügedən qarşılaşmanın əlverişsiz hava şəraiti ilə əlaqədar başqa tarixdə keçiriləcəyi diqqətə çatdırılıb. Məsələ burasındadır ki, uzun müddətli qar yağışı və don səbəbiylə görüşün əvvəlcədən nəzərdə tutulduğu vaxtda keçirilməsi mümkün olmayıb.

Oyunun yeni tarixi ilə bağlı qərarın qısa zamanda açıqlanacağı bildirilib.

Qeyd edək ki, “Arminiya” – “Verder” matçına bu gün saat 21:00-da start verilməli idi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button