Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Borussiya” (Münhenqladbax) komandasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra isveçrəli futbol mütəxəssisi Xerardo Seoane çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

İsveçrəli məşqçi bir neçə gün öncə istefaya göndərilmiş Daniel Farkeni əvəz edib.

Seoane daha öncə Almaniyanın “Bayer”, İsveçrənin “Yanq Boyz” və “Lutsern” komandalarına da rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button