Bundesliqa klubunda yeni baş məşqçi

Almaniyanın “Hoffenhaym” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisini bundan sonra Andre Braytenrayter çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 48 yaşlı almaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Andre Braytenrayter geridə qalan mövsümü İsveçrənin “Sürix” komandasında keçirib və bu komandanı çempion edib. “Hoffenhaym” isə geridə qalan mövsümü 18 kollektiv arasında 9-cu pillədə başa vurub.