Bundesliqa klubunda braziliyalı futbolçu – RƏSMİ

Almaniyanın “Leyptsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Braziliyanın “Palmeyras” klubunun müdafiəçisi Luan Kandidonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı braziliyalı futbolçu “Leyptsiq”ə yayda qoşulacaq. O, Almaniya klubu ilə 2023-cü ilə qədər müqavilə imzalayıb.

Kandido bu mövsüm “Palmeyras”ın əvəzedici komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button