Bundesliqa klubu türk məşqçi ilə yolları ayırdı

Almaniyanın “Herta” klubu baş məşqçisi Tayfun Korkutu istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bundesliqa təmsilçisi türkiyəli mütəxəssislə yanaşı, köməkçisi İliye Araçiçlə də müqaviləni ləğv edib. Onların istefasına komandanın uğursuz çıxışı səbəb olub. Berlin klubu hazırda 23 xalla 18 komanda arasında 17-ci pillədədir.

Türkiyə millisinin sabiq üzvü olan Tayfun Korkut “Hannover”, “Kayzerslauten”, “Bayer” (Leverkuzen), “Ştutqart”ı çalışdırdıqdan sonra 2021-ci ildə “Herta”ya baş məşqçi təyin edilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button