“Frayburq”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında “Ştutqart” doğma meydanda “Auqsburq”la qarşılaşıb. Üç qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Şənbə günü beş qarşılaşma baş tutub. Turnir cədvəlinin ikincisi “Leyptsiq” çətin Dortmund səfərinə yollanıb. “Borussiya” beş qolun qeydə alındığı bu oyunda qalib gəlməklə çempionluğun taleyinə aydınlıq gətirib. Belə ki, “Leyptsiq”in xal itirməsi lider “Bavariya”nın sona iki tur qalmış çempionluğu təmin etməsinə şərait yaradıb. Amma əsas izləyicisi xal itirməsəydi belə, Münhen təmsilçisi bu tur çempion olacaqdı. Belə ki, həmin oyundan bir neçə saat sonra evdə Mönhenqladbax “Borussiya”sı ilə qarşılaşan “Bavariya” 6 cavabsız qola sevinib.

Günün digər oyunlarına gəlincə, “Verder” – “Bayer” görüşü qolsuz bitib. “Hoffenhaym” “Şalke”ni, “Volfsburq” da “Yunion”u məğlub yola salıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. Səfərdə “Köln”lə qarşılaşan “Frayburq” darmadağına sevinib. “Ayntraxt” – “Maynts” və “Herta” – “Arminiya” matçlarında isə qalib müəyyənləşməyib.

Almaniya Bundesliqası, 32-ci tur

7 may

Ştutqart – Auqsburq 2:1
Qol
: Forster, 11. Kaladziç, 74 – Nyederlexner, 59.

8 may

Borussiya D – Leyptsiq 3:2
Qol
: Roys, 7. Sanço, 51; 87 – Klostermann, 63. Olmo, 77.

Hoffenhaym – Şalke 4:2
Qol
: Kramariç, 47. Akpoquma, 52. Baumqartner, 60. Bebu, 64 – Ut, 12. Mustafi, 42.

Verder – Bayer 0:0

Volfsburq – Yunion 3:0
Qol
: Brekalo, 12; 63; 90.

Bavariya – Borussiya M 6:0
Qol
: Levandovski, 2; 34; 66-pen. Müller, 23. Koman, 44. Sane, 86.

9 may

Köln – Frayburq 1:4
Qol
: Andersson, 50 – Petersen, 18. Demiroviç, 20. Qrifo, 90+3. Şmid, 90+6.

Ayntraxt – Maynts 1:1
Qol
: Hrustiç, 86 – Onisivo, 11.

Herta – Arminiya 0:0

Bombardir: Robert Levandovski (Bavariya) – 39 qol.