“Leypsiq” xal itkisi ilə üzləşdi

Futbol üzrə Almaniya Bundesliqasında 25-ci tura start verilib.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Auqsburq” Münhenqladbax “Borussiya”sını qəbul edib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Bavariya” bu turda “Verder” səfərinə yollanıb və inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı isə “Herta”nı məğlub yola salıb.

Turnir cədvəlinin ikincisi olan “Leyptsiq”in qonağı “Ayntraxt” (Frankfurt) olub. Bu oyunda qalib müəyyənləşməyib. “Bayer” doğma meydanda “Arminiya”ya uduzub. “Ştutqart” isə “Hoffenhaym” üzərində inamlı qələbəyə sevinib.

Almaniya Bundesliqası, 25-ci tur

12 mart

Auqsburq – Borussiya M 3:1
Qol:
Varqas, 52. Rixter, 76. Han, 89 – Noyhaus, 68.

13 mart

Yunion – Köln 2:1
Qol
: Kruse, 48-pen. Trimmel, 67 – Duda, 45+2-pen.

Maynts – Frayburq 1:0
Qol
: Kayson, 84.

Volfsburq – Şalke 5:0
Qol
: Mustafi, 32-öz qapısına. Veqorst, 51. Baku, 48. Brekalo, 64. Filipp, 79.

Verder – Bavariya 1:3
Qol
: Fullkruq, 86 – Qoretska, 22. Qnabri, 35. Levandovski, 67.

Borussiya D – Herta 2:0
Qol
: Brandt, 54. Mukoko, 90+1.

14 mart

Bayer – Arminiya 1:2
Qol
: Şik, 85 – Doan, 18. Okuqava, 57.

Leyptsiq – Ayntraxt 1:1
Qol
: Forsberq, 46 – Kamada, 61.

Ştutqart – Hoffenhaym 2:0
Qol
: A.Kasım, 15-öz qapısına. Kaladziç, 64.

Bombardir: Robert Levandovski (Bavariya) – 32 qol.