“Köln” və “Volfsburq”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Açılış matçında autsayderlər sırasında yer alan “Maynts” səfərdə “Ştutqart”la üz-üzə gəlib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. Lider “Bavariya” bu tur çərçivəsində “Hoffenhaym”ı, Dortmund “Borussiya”sı isə “Auqsburq”u sınağa çəkib. Hər iki oyunda meydan sahibləri inamlı qələbəyə seviniblər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “Leyptsiq” isə ən yaxın izləyicisi “Bayer”in müqavimətini çətinliklə qırıb.

Səfərdə “Yunion”la qarşılaşan Münhenqladbax “Borussiya”sı xal itkisi ilə üzləşib. “Verder” – “Şalke” matçı da heç-heçə yekunlaşıb. “Ayntraxt” isə “Herta”nı məğlub yola salıb.

Sonuncu oyun günündə “Köln” evdə “Arminiya”ya, “Volfsburq” isə “Frayburq”a qalib gəlib.

Almaniya Bundesliqası, 19-cu tur

29 yanvar

Ştutqart – Maynts 2:0
Qol
: Kaladziç, 55. Vamanqituka, 72.

30 yanvar

Yunion – Borussiya M 1:1
Qol
: Knoxe, 31 – Plea, 59.

Verder – Şalke 1:1
Qol
: Mohvald, 77 – Maskarell, 38.

Borussiya D – Auqsburq 3:1
Qol
: Dileyni, 26. Sanço, 63. Uduokhai, 75-öz qapısına – Han, 10.

Bavariya – Hoffenhaym 4:1
Qol
: Boatenq, 32. Müller, 43. Levandovski, 57. Qnabri, 63 – Kramariç, 44.

Ayntraxt – Herta 3:1
Qol
: A.Silva, 67; 90+5-pen. Hinteregger, 85 – Pyontek, 66.

Leyptsiq – Bayer 1:0
Qol
: Nkunku, 51.

31 yanvar

Köln – Arminiya 3:1
Qol
: Volf, 10; 28. Elvis, 63 – Kordova, 73.

Volfsburq – Frayburq 3:0
Qol
: Bruks, 21. Veqorst, 39. Gerhardt, 85.

Bombardir: Robert Levandovski (Bavariya) – 24 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button