Sonuncu gündə iki heç-heçə

Futbol üzrə Almaniya Bundesliqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Dortmund “Borussiya”sı doğma meydanda “Frayburq”u qəbul edib. Altı qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər.

Turun əksər qarşılaşmaları şənbə gününə təsadüf edib. “Volfsburq” – “Herta” matçında hesab açılmayıb. “Maynts” “Bohum”u, “Yunion” isə “Hoffenhaym”ı məğlub yola salıb.

Lider “Bayern” bu turda mövsümün uğurlu komandalarından olan “Köln”ün qonağı olub. Münhen təmsilçisi səfərdə darmadağına sevinib. “Leyptsiq” “Ştutqart” səfərindən inamlı qələbə ilə dönüb. Mönhenqladbax “Borussiya”sı isə evdə “Bayer”ə uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Auqsburq” – “Ayntraxt” matçında qalib müəyyənləşməyib. Dörd qolun qeydə alındığı “Arminiya” – “Qroyter” görüşü də heç-heçə yekunlaşıb.

Almaniya Bundesliqası, 19-cu tur

14 yanvar

Borussiya D – Frayburq 5:1
Qol
: Munye, 14; 29. Haland, 45+1; 75. Dahud, 86 – Dəmiroviç, 61.

15 yanvar

Volfsburq – Herta 0:0

Köln – Bayern 0:4
Qol
: Levandovski, 9; 62; 74. Tolisso, 25.

Maynts – Bohum 1:0
Qol
: Yuste, 48.

Yunion – Hoffenhaym 2:1
Qol
: Voqlzammer, 22. Promel, 73 – Baumqartl, 16-öz qapısına.

Ştutqart – Leyptsiq 0:2
Qol
: A.Silva, 11-pen. Nkunku, 70.

Borussiya M – Bayer 1:2
Qol
: Elvedi, 81 – Andrix, 51. Şik, 74.

16 yanvar

Auqsburq – Ayntraxt 1:1
Qol
: Qreqoritş, 38 – Kamada, 22.

Arminiya – Qroyter 2:2
Qol
: Okuqava, 8. Kastro, 83 – Levelinq, 35. Nilsen, 67.

Bombardir: Robert Levandovski (“Bayern”) – 20 qol.