“Leyptsiq” “Bayer”ə doğma meydanda uduzdu

Futbol üzrə Almaniya Bundesliqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Ştutqart” doğma meydanda “Maynts”ı qəbul edib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Lider “Bayern” bu turda autsayderlər qrupunda yer alan “Arminiya”nı sınağa çəkib və minimal hesabla qalib gəlib. Turnir cədvəlinin 2-ci sırasında yer alan Dortmund “Borussiya”sının rəqibi isə “Volfsburq” olub. Qonaqlar bu oyunda 3 xalı 3 qolla qazanıblar.

Tura “Leyptsiq” – “Bayer” matçıyla yekun vurulub. Dörd qolun qeydə alındığı bu oyunda qonaqlar qələbə qazanıblar.

Almaniya Bundesliqası, 13-cü tur

26 noyabr

Ştutqart – Maynts 2:1
Qol
: İto, 21. Sosa, 51 – Hak, 39.

27 noyabr

Bohum – Frayburq 2:1
Qol
: Polter, 54. Pantoviç, 82 – Linhart, 51.

Volfsburq – Borussiya D 1:3
Qol
: Veqorst, 2 – E.Can, 35. Malen, 55. Haland, 81.

Herta – Auqsburq 1:1
Qol
: Rixter, 40 – Qreqoritç, 90+7.

Qroyter – Hoffenhaym 3:6
Qol
: Levelinq, 22. Tillman, 46. Hrqota, 67 – Bebu, 32; 62; 80. Rutter, 40; 57. Mayerhofer, 66-öz qapısına.

Köln – Borussiya M 4:1
Qol
: Lyubiçiç, 55. Ut, 77. Duda, 78. Andersson, 90+3 – Hofmann, 74.

Bayern – Arminiya 1:0
Qol
: Sane, 71.

28 noyabr

Ayntraxt – Yunion 2:1
Qol
: Sou, 22. Ndikka, 90+5 – Kruse, 62.

Leyptsiq – Bayer 1:3
Qol
: A.Silva, 62 – Virts, 21. Diabi, 34. Frimbonq, 64.

Bombardir: Robert Levandovski (Bayern) – 12 qol.