“Ayntraxt”dan inamlı qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Lider “Bayern” səfərdə “Auqsburq”un qonağı olub. Münhen təmsilçisi üç qolun qeydə alındığı bu görüşdən məğlub ayrılıb.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan Dortmund “Borussiya”sı doğma meydanda “Ştutqart”ı qəbul edib və qələbə qazanıb. Mönhenqladbax “Borussiya”sının rəqibi isə autsayder “Qroyter” olub. Bu oyunda da meydan sahibləri qalib gəliblər. “Leyptsiq” isə “Hoffenhaym”a uduzub.

Sonuncu oyun günündə iki görüş baş tutub. Səfərdə “Frayburq”la qarşılaşan “Ayntraxt” turu inamlı qələbə ilə başa vurub. “Maynts” – “Köln” matçında isə tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Almaniya Bundesliqası, 12-ci tur

19 noyabr

Auqsburq – Bayern 2:1
Qol
: Pedersen, 23. Han, 36 – Levandovski, 38.

20 noyabr

Arminiya – Volfsburq 2:2
Qol
: Okuqava, 11. Klos, 54-pen – Veqorst, 62. Nmeça, 63.

Bayer – Bohum 1:0
Qol
: Adli, 4.

Borussiya D – Ştutqart 2:1
Qol
: Malen, 56. Roys, 85 – Massimo, 63.

Borussiya M – Qroyter 4:0
Qol
: Hofmann, 9; 57. Noyhaus, 28. Plea, 43.

Hoffenhaym – Leyptsiq 2:0
Qol
: Samasseku, 12. Dabbur, 68.

Yunion – Herta 2:0
Qol
: Avoniyi, 8. Trimmel, 30.

21 noyabr

Frayburq – Ayntraxt 0:2
Qol
: Lindstrom, 34. Kostiç, 43.

Maynts – Köln 1:1
Qol
: Burkardt, 41 – S.Özcan, 47.

Bombardir: Robert Levandovski (Bayern) – 12 qol.