“Borussiya”dan hücumçusu ilə yeni müqavilə

Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu hücumçusu Alassane Plea ilə müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

29 yaşlı futbolçu ilə 3 illik yeni sözləşmə imzalanıb. Fransalı forvardın əvvəlki müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatacaqdı. Yeni müqaviləyə əsasən, o, 2025-ci ilə qədər Münhenqladbax klubunun uğurları üçün çalışmağa davam edəcək.

Alassane Plea 2018-ci ilin yayında Fransanın “Nitsa” klubundan 23 milyon avro qarşılığında “Borussiya”ya transfer olunub. O, geridə qalan mövsümdə meydana çıxdığı 35 oyunda 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard bütövlükdə bu komandada 144 oyuna çıxıb, 47 qol vurub. Fransa millisində 1 oyun keçirmiş futbolçu, daha öncə “Oser” və “Olimpik” (Lion) klublarının da formasını geyinib.