“Borussiya” keçmiş futbolçusunu geri qaytarmağa yaxındır

Dortmund “Borussiya”sı sabiq vingeri Ceydon Sançonun geri dönüşünü reallaşdırmağa çox yaxındır.

Komanda.az “Teamtalk”-a istinadən xəbər verir ki, tərəflər müqavilə imzalamağa yaxınlaşıb, çünki 26 yaşlı futbolçu yayda azad agent statusu qazanacaq.

Bununla belə, ingiltərəli futbolçunu hazırda icarə əsasında çıxış etdiyi “Aston Villa” da növbəti mövsüm üçün komandada saxlamağa ümid edir. İngiltərə klubu onu ötən ilin sentyabrında icarəyə götürüb. Sanço bu müddətdə bütün turnirlərdə 34 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. O, müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.

İngiltərə Premyer Liqasından başqa klublar da Sanço uğrunda mübarizəyə qoşula bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button