“Bayern”in bizə ultimatum verməsi ədalətsizlikdir”

“Bayern”in kanadalı müdafiəçisi Alfonso Deyvisin agenti Nedal Huose futbolçunun gələcəyi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Münhen klubunun onlara ultimatum verməsinin ədalətsiz olduğunu bildirib:

“Bayern”in bizə ultimatum verməsi ədalətsizlikdir. Necə davam edəcəyimizə mövsümün sonunda qərar verəcəyik. İndi Alfonsoya təziq edilməsi ədalətli deyil. Bir il əvvəl biz razılaşmaya yaxın idik. Sonra klubun bütün rəhbərliyi dəyişdi. Yeddi ay heç nə eşitmədik. Baxmayaraq ki, bu müddət ərzində özüm klubla əlaqə saxlamağa çalışdım.

İndi bizə ultimatum təqdim olunub və iki həftə ərzində cavab verməliyik. Çünki klub təzyiq altındadır və rəhbərlikdə dəyişiklik etmək çox vaxt aparıb? Bu, ədalətli qərar kimi görünmür. Növbəti müqavilə Alfonsonun karyerasında çox önəmli olacaq və biz gələn mövsüm baş məşqçinin kim olacağını və ya komandanın necə görünəcəyini bilmədən qərar verməliyik. Buna görə də, bizə qarşı irəli sürülən ultimatumu ədalətsiz hesab edirik”.

Daha əvvəl Deyvisin “Real”ın diqqətini çəkdiyi bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button