“Beşiktaş”ın yeni baş məşqçisi müəyyənləşdi

Türkiyənin “Beşiktaş” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

Komanda.az İstanbul klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderland millisinin sabiq üzvü Covanni van Bronkhorst “qara-qartallar”ı çalışdıracaq.

2+1 illik müqavilə bağlanan 49 yaşlı mütəxəssisin köməkçiləri Can Pol van Qastel və Sərdar Topraktepe olacaq.

Futbolçu karyerasında “Arsenal” və “Barselona” kimi klublarda çıxış edən van Bronkhorst məşqçi olaraq sonuncu dəfə Şotlandiyanın “Reyncers” komandasında çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button