“Beşiktaş”ın baş məşqçisi istefaya göndərildi

“Beşiktaş” baş məşqçisi Valeryen İsmaellə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Fransalı məşqçinin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. “Qara qartallar” bu mövsüm 11 oyuna 19 xal toplayıb və hazırda 5-ci pillədə qərarlaşıb.

İsmael bu ilin mart ayından “Beşiktaş”a rəhbərlik edirdi. 47 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 18 matça çıxarıb.

“Beşiktaş”ın yeni baş məşqçisinin Şenol Günəş olacağı bildirilir. 2015-2019-cu illər aralığında da bu komandanı çalışdırmış təcrübəli mütəxəssis, “qara qartallar”a 2 çempionluq sevinci yaşadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button