Naqelsmanndan əli çıxan “Bayern” “sükan”ı ona tapşıra bilər

“Bayern” yeni baş məşqçi axtarışındadır. Komandanın hazırkı baş məşqçisi Tomas Tuxel cari mövsümün sonunda komandanı tərk edəcək.

Komanda.az “sport1.de”-yə istinadən xəbər verir ki, Münhen kulubu “Aston Villa”nın baş məşqçisi Unay Emerinin namizədliyini getdikcə daha çox müzakirə edir.

Bundan əvvəl “Bayern”in Yulian Naqelsmann və Xabi Alonso ilə maraqlandığı bildirilirdi. Lakin Naqelsmann Almaniya millisi ilə müqaviləsini uzadıb, Alonso isə növbəti mövsümü “Bayer”də qalmağa qərar verib.

“Bayern” uzun müddət ərzində ilk dəfə bu mövsüm Bundesliqa çempionu ola bilmədi. Komanda Çempionlar Liqasında “Arsenal”ı mübarizədən kənarlaşdıraraq, yarımfinala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button