“Bayern”də ciddi itki

“Bayern”in hücumçusu Serj Qnabri sıradan çıxıb.

Komanda.az xəbər verir ki, almaniyalı futbolçu Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la ilk oyununda ( 2:2) ayaq əzələsindən zədə alıb. O, üç həftə yaşıl meydanlardan uzaq qalacaq və “Arsenal”la cavab görüşünü buraxacaq.

Qnabri bu mövsüm “Bayern”in heyətində 17 matçda iştirak edib, 5 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button