“Bayern”də yeni müqavilə

Almaniyanın “Bayern” klubu yarımmüdafiəçisi Kinqsli Komanla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25 yaşlı vingerin yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub. Fransalı oyunçunun əvvəlki müqaviləsinin müddəti 2023-cü ildə başa çatmalı idi.

Kinqsli Koman 2015-ci ildən “Bayern”də çıxış edir.