“Bayern” peyvənd olunmayan futbolçunun maaşını kəsəcək

“Bayern” klubu koronavirus şübhəsiylə karantinə alınan futbolçusu Yozua Kimmixin maaşını kəsəcək.

Komanda.az xəbər verir ki, Münhen təmsilçisi alman yarımmüdafiəçinin 7 günlük məvacibini kəsəcək. Bu da 384 min avro edir.

Almaniya hökumətinin qərarına görə, peyvənd olunmayan və koronavirusa görə karantinə alınan şəxslər pul ödəməlidir.