“Bayern” Emeri ilə maraqlanır

“Bayern” “Aston Villa”nın baş məşqçisi Unay Emerinin namizədliyini nəzərdən keçirir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubunun əsas hədəfi “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso olsa da, mövsümün sonunda Yurgen Kloppdan ayrılacaq “Liverpul”dan ispaniyalı mütəxəssisə yüksək maraq olduğu üçün “Bayern” başqa variantları nəzərdən keçirir.

Daha əvvəl Almaniya klubunun eyni zamanda Roberto De Zerbi (“Brayton”) və Julian Nagelsmannın (Almaniya millisi) namizədliyini də nəzərdən keçirdiyi bildirilib.

“Bayern” fevral ayında cari mövsümün sonunda baş məşqçi Tomas Tuxelin klubdan ayrılacağını açıqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button