“Verder” “Auqsburq”u, “Fortuna” “Ştutqart”ı darmadağın etdi

Almaniya Bundesliqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Bayer” səfərdə “Maynts”la qarşılaşıb. Leverkuzen təmsilçisi bu görüşdə böyük hesabla qələbə qazanıb.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Bavariya” bu turda “Şalke”ylə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı matç Münhen klubunun inamlı qələbəsiylə başa çatıb. Dortmund “Borussiya”sı isə “Hoffenhaym”la üz-üzə gəlib. Altı qolluq qarşılaşmada lider xal itkisi ilə üzləşib. “Frayburq” – “Volfsburq” matçında da tərəflər hərəyə 3 qol vurduqları halda, 1 xalla kifayətləniblər. Münhenqladbax “Borussiya”sı isə evdə “Herta”ya 3 cavabsız qolla uduzub.

Son oyun günündə iki görüş baş tutub. “Verder” doğma meydanda “Auqsburq”a 4, “Fortuna” isə “Ştutqart”a 3 cavabsız qolla qalib gəlib.

Almaniya Bundesliqası, 21-ci tur

8 fevral

Maynts – Bayer 1:5
Qol: Kayson, 99 – Vendell, 5. Haverts, 19. Brandt, 30; 64. Bellarabi, 43.

9 fevral

Borussiya M – Herta 0:3
Qol: Kalu, 30. Duda, 56. Selke, 76.

Borussiya D – Hoffenhaym 3:3
Qol: Sanço, 32. Götse, 43. Gerreyro, 66 – Belfodil, 75; 87. Kaderabek, 83.

Frayburq – Volfsburq 3:3
Qol: Qrifo, 37. Petersen, 70. Valdşmidt, 87 – Roussillon, 11. Gilavoqi, 38. Veqorst, 63-pen.

Hannover – Nürnberq 2:0
Qol: Müller, 45; 77.

Leyptsiq – Ayntraxt 0:0

Bavariya – Şalke 3:1
Qol: Bruma, 11-öz qapısına. Levandovski, 27. Qnabri, 57 – A.Kutuçu, 25.

10 fevral

Verder – Auqsburq 4:0
Qol: Raşiça, 5; 28. Eggeştayn, 27. Mohvald, 83.

Fortuna – Ştutqart 3:0
Qol: K.Karaman, 34. Fink, 49. Raman, 85.

Bombardir: Luka Yoviç (Ayntraxt F) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button