“Bavariya”nın hücumçusu koronavirusa yoluxdu

“Bavariya”nın futbolçusu Tomas Müller koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb. 31 yaşlı hücumçunun koronavirus testi müsbət çıxıb.

Müller “Bavariya”nın klublararası dünya çempionatının finalında Meksikanın “Tiqres” komandasına qarşı keçirəcəyi oyunu buraxacaq. Qarşılaşma bu gün saat 22:00-da start götürəcək.