“Bavariya” milli üzvü ilə razılığa gələ bilmir

“Bavariya”nın futbolçusu Leon Qoretska klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb. “Bavariya” 26 yaşlı yarımmüdafiəçinin sözləşməsini yeniləmək istəsə də, Qoretska ilə şərtlərdə razılığa gələ bilmir.

Qoretska ilə İspaniyanın “Real”, “Barselona” və İngiltərənin “Mançester Yunayted” klubu yaxından maraqlanır.

Almaniya millisinin də üzvü olan Qoretskanın “Bavariya” ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.