“Bavariya”nın futbolçusu əməliyyat olundu

“Bavariya”nın futbolçusu Leon Qoretska əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bir müddət əvvəl Almaniya milli komandasının düşərgəsində zədələnən Qoretskanın sağalma müddəti daha sonra açıqlanacaq.

Bu mövsüm “Bavariya” ilə iki oyuna çıxan 24 yaşlı yarımmüdafiəçi 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button