“Bavariya”nın futbolçusu İtaliya yolunda

“Bavariya”nın müdafiəçisi Mats Hummels karyerasını İtaliyada davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Yuventus” 30 yaşlı müdafiəçiylə yaxından maraqlanır. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Hummels də Turin təmsilçisinə keçməyə müsbət yanaşır.

Alman müdafiəçinin yay transfer dövründə “Yuventus”a keçəcəyi gözlənilir.

“Bavariya” ilə 2021-ci ilə qədər müqaviləsi olan Hummels, bu mövsüm 37 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button